Bu gün AFFA U-13 Liqasında yarımfinal mərhələsinin cavab oyunları baş tutub. 

Offsideplus.az xəbər verir ki, "Qarabağ" "Vətən" komandasına qalib gəlib: 3:2 (İlk oyun: 2:1). "Neftçi" isə ilk oyunda 3:2 hesabla məğlub etdiyi "Ulduz"la 3:3 hesablı heç-heçə edib və finala adlayıb. 

Beləliklə, "Neftçi" və "Qarabağ" komandaları arasında 14 iyun saat 17:00-da "ASCO Arena"da U-13 Liqasının final görüşü keçiriləcək.